Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edilib

Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edilib
# 10 noyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsində Beyləqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu “Opel-Vectra” markalı avtomobilində, naməlum sərnişini onu yumruqla üz nahiyəsindən vurub pulunu alıb, avtomobili isə qaçırıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR