Həmsədrlərin regiona səfəri gözlənilir

Həmsədrlərin regiona səfəri gözlənilir
# 12 iyul 2016 07:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırırlar, lakin səfərin dəqiq tarixi hələlik bəlli deyil.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

“Əlbəttə, bizə gedəcəyik, lakin tarix hələ bəlli deyil. Tarixi tərəflərlə razılaşdırmağa, onların iş qrafikinə uyğunlaşdırmağa çalışırıq.

Onun sözlərinə görə, dünən Vyanada həmsədr ölkələrin səfirləri də daxil olmaqla Minsk qrupunun tam tərkibdə iclası keçirilib.

“Ümumilikdə, bütün bu görüşlər həmsədrlər tərəfindən görülən son vasitəçilik səylərini və Sankt Peterburq sammitinin nəticələrinə həsr olunub. Fransalı və amerikalı həmkarlarım Fransua Olland və Con Kerrinin fikirləri barədə məlumat verdilər. Biz,həmçinin, növbəti vasitəçilik addımlarımız barədə danışmışıq".

Qeyd edək ki, həmsədrlərin regiona son səfəri aprelin 5-də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR