“Azərkosmos” nizamnamə kapıtalı artırıb

“Azərkosmos” nizamnamə kapıtalı artırıb
# 20 sentyabr 2014 04:37 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklik “Azərkosmos” ASC-nin Nizamnamə kapitalının artırılması ilə əlaqədardır.

Dəyişikliyə əsasən “Azərkosmos” ASC-nin Nizamnamə kapıtalı artırılaraq 40 milyon manatdan 63 milyon 610 min 600 manata, hər birinin nominal dəyəri 20 manat olan sənədsiz, adlı, adi səhmlərinin sayı isə 2 milyon ədəddən 3 milyon 180 min 530 ədədə çatdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, “Azərkosmos” ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir, telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR