Gəncədə yaşayış evi yanıb

Gəncədə yaşayış evi yanıb
# 11 mart 2015 07:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Gəncə şəhərində yaşayış evində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR