Havaların isti keçməsi ilə əlaqədar həkimə müraciətlərin sayı artıb

Havaların isti keçməsi ilə əlaqədar həkimə müraciətlərin sayı artıb
# 18 avqust 2014 07:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Son iki gündə havaların isti keçməsi səbəbindən Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb.

Stansiyadan APA-ya verilən xəbərə görə, ayın 15-dək gün ərzində 1700-1800 müraciət daxil olurdusa, son 2 gündə bu müraciətlərin sayı 1800-ü keçib.


Məlumata görə, avqustun 16 və 17-də 5 nəfəri gün vurub. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində tibbi yardım göstərilib.


Ötən həftənin sonu 1 suda boğulma hadisəsi baş verib, həmin şəxs xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.


Ötən həftə 1 nəfəri isə ilan sancıb, həmin şəxs xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR