Riçard Morninqstar: "Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqlik nümayiş etdirməsi cəsarətli addımdır"

Riçard  Morninqstar: "Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqlik nümayiş etdirməsi cəsarətli addımdır"
# 24 iyul 2014 18:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə bu gün səlahiyyət müddətinin bitməsinə həsr olunmuş vida mərasimində çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar bildirib. Səfir həm də qeyd edib ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş edib: "Təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı - Tbilisi - Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olub. Birləşmiş Ştatlar kəməri dəstəklədilər, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi".

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqlik nümayiş etdirməsi eyni dərəcədə cəsarətli addım idi: "Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, iki tərəfli ticarət və sərmayələr daha da artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR