DSMF şirkəti məhkəməyə verib

DSMF şirkəti məhkəməyə verib
# 06 iyun 2016 07:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti "Exellent" MMC şirkətini məhkəməyə verib.

APA-nın məlumatına görə, departament məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 12849 manat 41 qəpik borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı baxılmamış saxlayıb.

Həmin qərardadla razılaşmayan departament isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.

Qeyd edək ki, "Exellent" MMC iaşə xidmətlərini həyata keçirən şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR