Bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 08 aprel 2015 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Elnur Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Tahirov 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 9-da Rəşad Əliyev və Səyavuş Orucov yaralı vəziyyətdə xəstəxanaya gətiriliblər. R. Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib. S. Orucovu isə həkimlər əməliyyat ediblər.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Tahirov tutulub.

E. Tahirov hadisəni münaqişə zəminində törətdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR