317 Rusiya vətəndaşı Yəməndən təxliyyə olunacaq

317 Rusiya vətəndaşı Yəməndən təxliyyə olunacaq
# 02 aprel 2015 14:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Göyərtəsində 167 nəfər sərnişin olan Rusiya təyyarəsi yaxın saatlarda Yəmənin Səna şəhərinin hava limanından havaya qalxacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Onun sözlərinə görə, bu gün Səna aeroportundan iki Rusiya təyyarəsi havaya qalxacaq: "Birinci təyyarədə 167 sərnişin var. Onlardan 60 nəfər uşaqdır. Bu təyyarə Qahirədə yanacaq doldurandan sonra Moskvaya istiqamət götürəcək.
Göyərtəsində 150 sərnişin olan ikinci təyyarə isə bu gün Cibutidə yanacaq doldurandan sonra Moskvaya istiqamət alacaq".

A. Lukaşeviç Rusiya vətəndaşlarını təxliyyə edəcək təyyarələrin gecə saatlarında Moskvaya çatacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR