Bakıda naməlum kişi bıçaqlanıb, vəziyyəti ağırdır.
APA xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Təqribən 35-40 yaşlarında olan kişi Atatürk prospektində tanımadığı şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə "Hyundai" markalı taksi avtomobili tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onum vəziyyəti ağırdır.
Faktın təfərrüatlarını Nərimanov polisi araşdırır.