Xüsusi istedada malik uşaqların vaxtından əvvəl ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar yaradılan komissiyalar fəaliyyətə başlayıb

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar yaradılan komissiyalar fəaliyyətə başlayıb
# 05 avqust 2014 12:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə yaradılan komissiyalar bu gündən fəaliyyətə başlayıb.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, hazırda 2500 nəfər qeydiyyatdan keçib. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Müsahibələr sentyabrın 1-na qədər davam edəcək. Hazırda 8 komissiya fəaliyyət göstərir. Hər komissiya 5 nəfərdən ibarətdir (komissiya sədri, iki nəfər ibtidai sinif müəllimi, 1 psixoloq, 1 həkim-defektoloq). Hər uşağa 4 sual verilir və hər sual 5 ballıq sistemlə qiymətləndirilir. 15 və daha yüksək bal toplamış şagirdlərin məktəbə getməsinə icazə verilir. Suallar uşaqların dünya görüşünü, məntiqini və nitq qabiliyyətini yoxlayır.

Qeyd edək ki, Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR