İran və Ermənistan Gürcüstana qaz nəqli üçün birgə müəssisə yaradır

İran və Ermənistan Gürcüstana qaz nəqli üçün birgə müəssisə yaradır
# 26 iyul 2016 17:54 (UTC +04:00)

Bakı - APA-Economics. İran Ermənistana qaz nəqlini 3 dəfə artırmaq niyyətindədir. "APA-Economics" İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zənganə Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yeolyanla keçirdiyi görüşdə bildirib.

"2018-ci ilin sonunadək İrandan Ermənistana ixrac olunan qazın həcmi 1 milyon kubmetrdən 3 milyon kubmetrədək artırılacaq", - deyə iranlı nazir qeyd edib.

O əlavə edib ki, ermənistanlı həmkarı ilə Ermənistan üzərindən İran qazının Gürcüstana nəqlini müzakirə edib.

Öz növbəsində Ermənistan tərəfi danışıqlar prosesində İran qazının tranzit olaraq Gürcüstana qlobal olunması üçün birgə müəssisənin yaradılmasını təklif edib. Yeni yaradılacaq müəssisə tranzit qaz nəqli ilə məşğul olacaq. Bildirilir ki, İran tərəfi təklifi müsbət dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR