Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində axtarış elan edib

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində axtarış elan edib
# 08 aprel 2015 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Kamil Musayevin məhkəməyə gəlmədiyi məlum olub. Onun vəkili çıxış edərək bildirib ki, K. Musayev şəkər xəstəliyindən əziyyət çəkir və vəziyyəti yaxşı olmadığı üçün prosesə gəlməyib. Bundan sonra hakim bildirib ki, aprelin 1-nə də proses təyin edilib, lakin o, məhkəməyə gəlməyib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə gediblər.

Müşavirədən sonra hakim R. Allahverdiyeva qərarı elan edib. Qərara görə, K. Musayev barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib. Qərarın sürətinin Suraxanı Rayon Polis İdarəsinə göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Kamil Musayev dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. İbtidai istintaq zamanı onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR