Ermənistan “Şərq Tərəfdaşlığı” nazirlərinin Bakı görüşündə hansı səviyyədə iştirak edəcəyini hələ müəyyənləşdirməyib

Ermənistan “Şərq Tərəfdaşlığı” nazirlərinin Bakı görüşündə hansı səviyyədə iştirak edəcəyini hələ müəyyənləşdirməyib
# 20 avqust 2014 15:25 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan ölkəsinin bu görüşdə iştirak səviyyəsi və formatı barədə daha sonra açıqlama veriləcəyini bildirib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin bundan əvvəlki qeyri-formal görüşü ötən il sentyabrın 13-də Ermənistanda keçirilib. Azərbaycanı bu toplantıda nazir müavini Mahmud Məmmədquliyev təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR