FHN-nin səmti müəyyən etmə çempionatı keçirilib - FOTOSESSİYA

FHN-nin səmti müəyyən etmə çempionatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 sentyabr 2015 13:51 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Sentyabrın 14-16-da Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin 10 illiyinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə çempionat keçirilib.

APA-nın məlumatına görə, FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışın açılış mərasimində çıxış edərək, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman yarışına 22 komanda olmaqla 100-ə yaxın idmançının qatıldığını diqqətə çatdırıb.

Yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib.

Qeyd edək ki, yarışın baş hakimi Zaur Seyidov, baş katibi Şəhriyar İsmayılov olub.

F. Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN-in əməkdaşlarının və komanda üzvlərinin qidalanmaları, qalmaları üçün meşədə lazımı şəraiti olan çadırların qurulduğunu bildiriblər. Çempionat iştirakçıları birinci gün uzun məsafəni, yarışın ikinci günü isə qısa məsafəni qət ediblər.

Çempionat başa çatandan sonra qaliblərin adı müəyyən edilib.

Şəxsi hesabda qalib qadınlar:

1-ci yer: Sevda Verdiyeva - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA)

2-ci yer Arzu Eyvazova – Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX)

3-cü yer Azadə Məmmədova - Muğan Regional Mərkəz

Şəxsi hesabda kişi qaliblər:

1-ci yer Müvəssil Allahverdiyev - Dövlət Sularda Xilasetmə Xidməti (DSXX)

2-ci yer Pərvin Məmmədov - Muğan Regional mərkəz

3-cü yer Elçin Qəhrəmanov - (Qarabağ Regional Mərkəz

Komanda hesabında:

1-ci yer - Dövlət Sularda Xilasetmə Xidməti

2-ci yer - Xüsusi Riskli Xilasetmə Xidməti

3-cü yer - Qarabağ Regional Mərkəz

Qeyd edək ki, Səmti müəyyən etmə federasiyasının prezidenti Mirəli Kazımov və qurumun idarə heyətinin üzvü Xəyyam Məmmədov çempionatda qonaq qismində iştirak ediblər.

Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR