İlham Əliyev: "Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir" - FOTO

İlham Əliyev: "Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir" - <span style="color: red;">FOTO
# 28 mart 2015 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, səfirin etimadnaməsini qəbul edən ölkə başçısı daha sonra diplomatla söhbət edib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirib. Prezident münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd edib.

Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırıb.

O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı həmkarı Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş etib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR