Polis “Fənərbaxça”nın sabiq hücumçusunu öldürüb

Polis “Fənərbaxça”nın sabiq hücumçusunu öldürüb
# 15 avqust 2016 13:01 (UTC +04:00)

Bakı – APA. İngiltərənin sabiq futbolçusu Dalian Robert Atkinson bədbəxt hadisənin qurbanı olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 48 yaşlı keçmiş hücumçu polis tərəfindən öldürülüb.

Hadisə Atkinsonun anadan olduğu Telfordda baş verib.

Belə ki, gecə saatlarında polis onun yaşadığı evə hücum çəkərək Atkinsonu şok cihazı ilə zərərsizləşdirməyə çalışıb. Bunun təsiri ilə infarkt keçirən “Fənərbaxça”nın sabiq futbolçusu dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yerli orqanlar hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Qeyd edək ki, karyerası ərzində “Real Sosyedad”, “Aston Villa”, “Mançester Siti” kimi tanınmış klubların şərəfini qorumuş Dalian Atkinson 1995-1997-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR