Əlavə yerləşdirmə zamanı 400-ə yaxın müəllim işə qəbul olunub

Əlavə yerləşdirmə zamanı 400-ə yaxın müəllim işə qəbul olunub
# 03 sentyabr 2014 09:54 (UTC +04:00)

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu qaydalarında müsabiqə başa çatdıqdan 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən müəllimlər üçün əlavə yerləşdirmə nəzərdə tutulub. Onun sözlərinə görə, həmin qaydalara uyğun olaraq, Təhsil Nazirliyi bir həftə ərazində boş qalan vakant yerləri elan edib: “Əlavə yerləşdirmə zamanı təxminən 3 minə qədər müəllim həmin yerləri tutmaq üçün elektron müraciət edib. Müraciət edənlər üçün müsabiqə keçirilib, onlar bu müsabiqədə topladıqları ballarla iştirak etdilər. Avqustun 29-da yerləşdirmə aparılıb və onlardan 605 nəfər əlavə yerləşdirmə nəticəsində işə qəbul olmaq üçün müsahibədə iştirak etmək hüququ qazanıblar. Sentyabrın 1-də isə həmin müəllimlər üçün müsabiqə təşkil edilib və yekun mərhələnin nəticəsinə görə 386 nəfər müəllim işə qəbul olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR