Goranboyun Tap Qaraqoyunlu kəndində 6 otaqlı ev yanıb

Goranboyun Tap Qaraqoyunlu kəndində 6 otaqlı ev yanıb
# 06 dekabr 2014 17:57 (UTC +04:00)

Bakı-APA. Goranboyda günün ikinci yarısında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Yanğın nəticəsində, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik ümumi sahəsi 20 kv.m olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR