Nazir müavini: “Əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra qüvvəyə minəcək”

Nazir müavini: “Əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra qüvvəyə minəcək”
# 04 mart 2014 15:14 (UTC +04:00)

Nazir müavinin sözlərinə görə, bundan sonra əmək müqavilələri imzalandığı andan deyil, həmin müqavilə elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra qüvvəyə minmiş hesab olunacaq: “Artıq bu günə kimi qüvvədə olan əmək müqavilələrinin bazada toplanması üçün son gün müəyyənləşib. İşə götürənlər 2014-cü ilin iyulun 1-dək işçilərlə bağladığı müqavilələrin bildirişlərini sistemə daxil etməlidir. Bundan sonra işə götürənlər üzərində öhdəliklər artacaq. Elektronlaşma prosesini işə götürənlər həyata keçirəcəklər. Onların bağladıqları müqavilələrin nüsxələrini elektron informasiya sisteminə yükləmək öhdəlikləri olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR