İranda zəlzələ olub

İranda zəlzələ olub
# 16 mart 2014 18:59 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Kirman vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Anbarabad şəhərinə təsadüf edib. 4.5 bal gücündə olan zəlzələ martın 16-da Bakı vaxtı ilə saat 18:34-də yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Anbarabaddan 18 km, Ciroftdan 39 km və Rudbardan 40 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR