Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib - FOTO - VİDEO

Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 may 2014 15:21 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakıda, Dövlət Bayrağı Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib, bu gün start verilən İdman Dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.

Daha sonra FAİREX prezidenti Hüseyn Bağırov Azərbaycanda idman dırmanması üzrə keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin idman şöhrətindən xəbər verir və ölkə idmanı tarixində önəmli hadisədir.

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab verdiyini deyərək, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına minnətdarlığını bildirib. Qonaq həmçinin gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyar olacağına inandığını vurğulayıb.

Açılış mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirilib. Daha sonra tədbir qadın atletlərin boulderinq idman növü üzrə təsnifat yarışı ilə davam edib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı yaxınlığında açıq havada quraşdırılmış dırmanma divarlarında baş tutan yarış növbəti gün kişi və qadın atletlərin çətinlik və sürət üzrə yarımfinal və final mərhələləri ilə davam edəcək.

Xatırladaq ki, dünyanın 22 ölkəsindən (ABŞ, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya, Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland, Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s.) 150-yə yaxın idmançının iştirak etdiyi beynəlxalq yarışda ölkəmizi FAİREX-dən olan 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR