Maykl Mann: “İranla nüvə müzakirələri Almatı görüşündə irəli sürülmüş təkliflər əsasında aparılacaq”

Maykl Mann: “İranla nüvə müzakirələri Almatı görüşündə irəli sürülmüş təkliflər əsasında aparılacaq”
# 17 sentyabr 2013 13:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş BMT Baş Assambleyasının sessiyasının birinci həftəsində olacaq.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin keçirilib-keçirilməməsi məsələsinə hər iki rəsminin görüşündə baxılacaq: “İkitərəfli görüş İranın nüvə məsələsinin necə nizamlanacağı istiqamətində olacaq”.

M.Mann deyib ki, İranın “altılıq” ölkələri ilə nüvə danışıqlarını aparacaq yeni nümayəndə heyətinə yeni təkliflər verilməyib: “Müzakirələr Almatı görüşündə irəli sürülmüş təkliflər əsasında aparılacaq. İranın bu təkliflərə konstruktiv şəkildə cavab verəcəyinə ümid edirəm. Bizim İrana yanaşmamız həmişə müsbət olub. Biz İranın nüvə məsələsinin danışıqlar yolu ilə həllinə gətirib çıxaracaq ciddi müzakirələrə hazırıq. Biz İranın altılıq” ölkələri ilə nüvə danışıqlarını aparacaq yeni nümayəndə heyətinin də bu prosesdə konstruktiv şəkildə iştirak edəcəyinə ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR