Azərbaycanın Meksikadakı səfiri İberoamerikano Universitetində çıxış edib - FOTO

Azərbaycanın Meksikadakı səfiri İberoamerikano Universitetində çıxış edib - <span style="color: red;">FOTO
# 05 noyabr 2013 06:52 (UTC +04:00)

Bakı – APA. Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz Araşdırmaları bölməsində ‘‘Azərbaycanın enerji əhəmiyyəti’’ adlı konfrans keçirilib. Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarov konfransda çıxış edib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İ. Muxtarov çıxışında bildirib ki, dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur və bu sərvətlər içərisində neft əsas yeri tutur. O deyib ki, Azərbaycanın neft strategiyasının əsas istiqamətlərindən biri ölkə neftinin dünya bazarına nəqlidir, bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, əhəmiyyətli əsas ixrac boru kəməri layihələrinin gerçəkləşməsi üçün mühüm danışıqlar aparılıb və uğurlu nəticələr əldə edilib. Səfir Azərbaycanın Avropa enerji bazarı üçün önəmli neft-qaz tədarükçüsü olması və Avropanın enerji təhlükəsizliyi üçün önəmli rolunu diqqətə çatdırıb.

İ. Muxtarov Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. O bildirib ki, əgər gələcəkdə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunarsa, Ermənistan da Gürcüstan kimi regionda həyata keçirilən layihələrdən faydalana bilər.

Konfransın yekununda yönəldilən çoxsaylı suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR