UNESCO-nun baş direktoru Beynəlxalq Ana Dili Günü münasibətilə müraciət ünvanlayıb

UNESCO-nun baş direktoru Beynəlxalq Ana Dili Günü münasibətilə müraciət ünvanlayıb
# 21 fevral 2014 08:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. UNESCO-un baş direktoru İrina Bokova Beynəlxalq Ana Dili Günü münasibətilə müraciət ünvanlayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, UNESCO və onun həmkarları 14 ildir Beynəlxalq Ana Dili Gününü qeyd edir: “Biz linqvistik müxtəlifliyin və çoxdilliliyin əhəmiyyətini işıqlandırmaq üçün dünyanın bir çox yerlərində tədbirlər, konfranslar, konsertlər və seminarlar təşkil etmişik. Ana dillərin qorunması və təbliği qlobal vətəndaşlıq və həqiqi qarşılıqlı anlaşma üçün əsasdır. Bir dildən daha artıq dillərdə anlamaq və danışmaq dünyamızdakı qarşılıqlı mədəni əlaqələrin zənginliyinin daha çox dərk edilməsinə gətirib çıxarır. Yerli dilləri bilmək daha çox insanların səslərinin eşidilməsinə və onların öz ortaq taleyində aktiv iştirak etmələrinə şərait yaradır. Bu səbəbdən də UNESCO bəşəriyyət tərəfindən danışılan 7000 dilin harmoniyalı mövcudluğuna şərait yaratmaq üçün hər cür səy göstərir”.

Müraciətdə qeyd olunub ki, yerli dillər elm sahəsində dünyamızın hər yerində danışılan dillərin böyük əksəriyyətini təşkil edir: “Onlar həm də təhlükəyə məruz qalırlar. Dillərin təcrid edilməsi həmin dildə danışan insanların əsas insan hüquqlarından tutmuş elmi biliklərə qədər bir çox hüquqlardan məhrum edilməsi deməkdir. Bu baxımdan “qlobal kənddə” insanların yaxınlaşması mədəniyyətlər-arası anlaşma və dialoq istiqamətində aparılan işləri daha da əhəmiyyətli edir. Bu günün dünyasında həm yerli, həm də qlobal səviyyələrdə kommunikasiya qurmaq üçün norma, bir yerli dil, daha geniş miqyasda bir kommunikasiya dili və bir beynəlxalq dil də daxil olmaqla ən azı üç dil bilməkdən ibarətdir. Bu linqvistik və mədəni müxtəliflik yaradıcılıq, innovasiya və qaynayıb-qarışma üçün gələcək üçün ən yaxşı şansımız ola bilər. Biz bunu boşa xərcləyə bilmərik. Beynəlxalq Ana Dili Günü on ildən çoxdur ki, daha geniş mənada, fikirlərin formalaşmasında, bütün cəmiyyətin həyatına və problemlərinin həllinə bizim töhfə vermə imkanımızın olduğu qlobal vətəndaşlığın qurulmasında dillərin oynadığı bir çox rolları işıqlandırmağa şərait yaradır. Mən bütün UNESCO-ya üzv dövlətləri, 2014-cü ildə bu günlə bağlı vətəndaş cəmiyyətində aktiv olan Beynəlxalq La Francophonie Təşkilatını, maarifçiləri, mədəni assosiasiyaları və medianı sülh və davamlı inkişaf üçün bu linqvistik müxtəliflik vədini daha çox yerinə yetirməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR