Bakıda hamilə qadın intihar edib

Bakıda hamilə qadın intihar edib
# 23 may 2013 19:47 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə Ramana qəsəbəsi Südçülük sovxozu, yeni tikilidə baş verib. Orada yaşayan 23 yaşlı Murtuzayeva Əminə Tahir qızı qonşusunun həyətində peyk antenasının dirəyindən özünü asaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, Ə. Murtuzayeva 7 aylıq hamilə olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR