Livanda 2 türkiyəli pilot oğurlanıb

Livanda 2 türkiyəli pilot oğurlanıb
# 09 avqust 2013 08:40 (UTC +04:00)

Bakı – APA. Livanın paytaxtı Beyrut şəhərində “Türk Hava Yolları”nın 2 pilotu oğurlanıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, adları açıqlanmayan pilot və köməkçi pilot Beyrut hava limanından otelə gedərkən iki avtomobil onların olduğu avtobusun qarşısını kəsib. Avtomobillərdən enən naməlum şəxslər pilotları özləri ilə aparıblar. Beyrut polisi pilotların axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR