“Azərsun Holdinq”in prezidenti “İlin ixracatçısı” seçilib - FOTO

“Azərsun Holdinq”in prezidenti “İlin ixracatçısı” seçilib - <span style="color: red;">FOTO
# 16 may 2014 07:56 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda “The Business Year: Azerbaijan – 2014” nəşrinin təqdimat mərasimi keçirilib.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən holdinqin prezidenti Abdulbari Goozal Azərbaycanda bütün sahələrində olduğu kimi jurnalistikada da böyük inkişafın nəzərə çarpdığını bildirib.

O, vurğulayıb ki, ölkədə nəşr olunan bəzi mətbu orqanlar artıq ölkə xaricində də yayımlanır ki, bu da çox sevindirici haldır və böyük uğurdur. A. Goozal Azərbaycanda yerli məhsullarının markalanmasının “Azərçay”dan başladığını söyləyib və “Sun Tea” çay fabrikinin açılışı zamanı Heydər Əliyev ilə yaşanan xatirələri bölüşüb.

Tədbir çərçivəsində mükafatlandırılan azsaylı şirkətlərin arasında “Azərsun Holdinq” də olub. “Azərçay” çayının, “Bizim Tarla” kompotlarının, “Supersun” və “Final” yağlarının, “Supersun” mal əti konservlərinin və “Azərsun” istehsalı olan digər məhsulların xarici bazarlara çıxarılaraq əcnəbi istehlakçıların rəğbətini qazanması beynəlxalq nəşr olan “The Business Year”ın da diqqətindən yayınmayıb. Beləliklə, hər zaman istehsal etdiyi keyfiyyətli məhsullar ilə həm ölkə daxilində, həm də xarici bazarlarda çox yüksək qiymətləndirilən “Azərsun Holdinq”in İdarə Heyətinin rəhbəri A. Goozala adıçəkilən nəşr tərəfindən “İlin ixracatçısı” mükafatı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR