Azərbaycanın «İpək yolu» nəqliyyat dəhlizində daşıma gəlirləri artıb

Azərbaycanın «İpək yolu» nəqliyyat dəhlizində daşıma gəlirləri artıb
# 20 fevral 2014 10:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il «İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 59,0 mln. ton və ya əvvəlki illə müqayisədə 3,8% çox yük, 285,2 mln. nəfər və ya 9,3% çox sərnişin daşınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Dəhlizlə daşınmış yüklərin 46,5%-i avtomobil, 36,2%-i dəmir yolu, 17,3%-i dəniz nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatında 9,0%, dəmir yolu nəqliyyatında 0,2% artım qeydə alınıb.


Dəhliz vasitəsilə daşınmış yüklərin 25,0%-ni və ya 14,8 mln. tonunu tranzit yüklər təşkil edib.


Dəhliz çərçivəsində yükdaşıma fəaliyyətindən 476,3 mln. manat, sərnişindaşımadan isə 106,5 mln. manat gəlir əldə olunub və bu göstəricilər müvafiq olaraq 7,5% və 15,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR