Göygöldə avtomobil aşıb, sürücü yaralanıb

Göygöldə avtomobil aşıb, sürücü yaralanıb
# 07 iyun 2014 07:52 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə Gəncə-Daşkəsən-Xoşbulaq yolunun, Göygölün Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Müşviq Quliyev şəxsi avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın aşıb. Bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR