Bir müddət əvvəl öz xahişi ilə işdən çıxan Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyinat alıb

Bir müddət əvvəl öz xahişi ilə işdən çıxan Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyinat alıb
# 17 fevral 2014 11:55 (UTC +04:00)

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki Azər Cahangirov Baş Cinayət Axtarış İdarəsinə təyinat alıb.

Qeyd edək ki ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirov 2013-cü ilin noyabrında Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib. Raportu əsasında tutduğu vəzifədən azad edilən A. Cahangirov bir neçə ay sərəncamda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR