Pentaqon: «Suriyanın parçalanması getdikcə daha real görünür»

Pentaqon: «Suriyanın parçalanması getdikcə daha real görünür»
# 10 may 2013 20:27 (UTC +04:00)

Bakı-APA. Suriyadakı münaqişənin gərginləşməsi ilə ölkənin ərazi baxımından parçalanması getdikcə daha da mümkünləşir. Pentaqonun başçısı Çak Heygel Vaşinqtonun Yaxın Şərq siyasəti institutunda çıxışı zamanı belə bir bəyanat səsləndirib.

«Münaqişənin intensivliyi artın...Ölkənin parçalanması ssenarisi getdikcə daha real görünür», deyə Heygel bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya və Çini Suriya nizamlanması üçün daha çox iş görməyə çağırır. «Bu onların öz marağındadır», deyə nazir əlavə edib.

Heygel həmçinin ABŞ və Rusiyanın Suriyaya dair konfrans keçirəcəyini xatırladaraq münaqişə tərəflərini bu konfransda iştirak etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR