Azərbaycanın zəlzələ bölgəsində vətəndaşları aldadaraq dələduzluq edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər

Azərbaycanın zəlzələ bölgəsində vətəndaşları aldadaraq dələduzluq edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər
# 05 mart 2014 09:36 (UTC +04:00)

APA-nın məlumatına görə bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir.


Hesabatda qeyd olunur ki, saxta sənədlər əsasında alqı-satqı və bank əməliyyatlarının aparılması, vəzifə səlahiyyətlərini mənimsəyərək, külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə israfetmə, icazəsiz və nəzarətdən kənar rabitə xidmətlərinin göstərilməsi, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbə qəbulu və qanunsuz tələbə köçürülmələrinin həyata keçirilməsi, özlərini məsul vəzifədə çalışan şəxslər kimi qələmə verməklə zəlzələ bölgəsində qəzalı vəziyyətə düşmüş evlərin sahiblərini aldadaraq, dövlət tərəfindən yeni evlərin tikiləcəyi adı ilə onlardan vəsait toplanması, saxta sənədlər təqdim edilməsi nəticəsində, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə təyinatsız kreditlər verərək külli məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı 16 cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR