Xaçmazda yanğın olub

Xaçmazda yanğın olub
# 15 fevral 2014 00:42 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 12 km aralıda yerləşən Qaradağlı kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:56-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR