Masallıda yaşayış evində yanğın olub, bir nəfər ölüb

Masallıda yaşayış evində yanğın olub, bir nəfər ölüb
# 28 fevral 2014 23:13 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 9 km aralıda yerləşən Şərəfə kəndində 1938-ci il təvəllüdlü Hümbətov Naib Məhəmməd oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 75 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının kəşfiyyatı zamanı yataq xəstəsi olan N.Hümbətovun meyiti aşkar olunub.

Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR