Bakı – APA. Qırğızıstan prezidenti Almazbek Atambayev Moskvada əməliyyat olunub.
APA-nın Qırğızıstan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat uğurlu keçib.
Prezident həkimlərin məsləhəti ilə diz oynağından əməliyyat olunub.
Yaxın günlərdə A.Atambayevin ölkəsinə qayıdacağı bildirilir.