Yanukoviçin Avropa ölkələrinin XİN başçıları ilə görüşü 3 saatdan çoxdur davam edir

Yanukoviçin Avropa ölkələrinin XİN başçıları ilə görüşü 3 saatdan çoxdur davam edir
# 20 fevral 2014 14:31 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu öz səhifəsində tanınmış jurnalist, TVİ-nin müxbiri Artyom Şevçenko yazıb.

O bildirib ki, “Kazatski” oteli yanında 11 meyit, Xreşatik küçəsindəki ikinci barrikada yaxınlığında 8 meyit, “Ukrayna” otelinin foyesində isə 13 meyit var. Öldürülənlərin əksəriyyəti baş və boyun nahiyyəsindən güllə yarası alıb.

Digər xəbər bölgələrdən gəlib. Belə ki, Zakarpatye vilayətinin polisi və “Berkut” xüsusi təyinatlı dəstəsi, habelə Lvov vilayətinin Daxili İşlər İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və daxili qoşunların yerli şöbələrinin rəisləri xalqın tərəfinə keçdiklərini bəyan ediblər.

Həmçinin daxili qoşunların 1241 saylı hərbi hissəsinin komandiri, podpolkovnik Pyotr Şulyak bəyanat imzalayıb. Həmin bəyanatda bildirilir ki, tabeçiliyində olan əsgərlər dinc aksiyalara maneə olmayacaqlar, cinayətkar xarakterli əmrləri yerinə yetirməyəcəklər.

Bu arada prezident Viktor Yanukoviçin Polşa, Fransa və Almaniya xarici işlər nazirləri ilə danışıqlar apardığı məlum olub. Danışıqların artıq 3 saatdan çox davam etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR