Həbsdə olan baş redaktorun məhkəmə istintaqı başa çatıb

Həbsdə olan baş redaktorun məhkəmə istintaqı başa çatıb
# 28 fevral 2014 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

B. Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Növbəti proses martın 4-nə təyin edilib. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.

Qeyd edək ki, B. Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. B. Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

O, Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR