Gəncə şəhər sakini narkotiklə saxlanılıb

Gəncə şəhər sakini narkotiklə saxlanılıb
# 24 yanvar 2014 14:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakininin üzərindən xeyli miqdarda marixuana götürülüb. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü İmani Canbaxış Gəncə Dövlət Universitetin (GDU) 3 saylı inzibatı binasının qarşısında şübhəli şəxs kimi saxlanılıb. Onun əlində apardığı ağ rəngli sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 3, 135 kiloqram qurudulmuş, kəskin iyli narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Məlumata görə, saxlanılan İ. Çanbaxış bir dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR