Azərbaycanda oğurluqla məşğul olmaqda təqsirləndirilən 3 qadın məhkəmə zalında həbs edilib

Azərbaycanda oğurluqla məşğul olmaqda təqsirləndirilən 3 qadın məhkəmə zalında həbs edilib
# 15 may 2014 14:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqla məşğul olmaqda təqsirləndirilən Esmira Səfərova, Elmira Həsənova və Roza Həsənovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə onların barəsində həbs qərarı verib.

Hər üç qadın məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar. Qadınların qaraçı olduğu və dilənçilik adı ilə oğurluq etdikləri bildirilir .

İstintaq müddətində onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR