Ukrayna prezidenti hərbi əməlliyatların iyunun 27-dək dayandırılacağını bəyan edib

Ukrayna prezidenti hərbi əməlliyatların iyunun 27-dək dayandırılacağını bəyan edib
# 20 iyun 2014 18:51 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində güc strukturları tərəfindən aparılan hərbi əməliyyatların iyunun 27-dək dayandırılacağını bəyan edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-inin rəsmi saytı məlumat yayıb.

“Terroristlər silahı yerə qoymalıdırlar. Bunu etməyənlər məhv ediləcəklər” – deyə Poroşenko bildirib.

Ukrayna prezidenti qeyd edib ki, atəşkəs müddətində hərbi əməliyyatlar yalnız cavab atəşi xarakterində mümkün ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR