Sabah Astanada MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Astanada MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək
# 09 sentyabr 2013 15:30 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 10-da Astana (Qazaxıstan) şəhərində MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın MDB İcraiyyə Komitəsinə istinadən xəbərinə görə, iclasın gündəliyinə 8 məsələ daxildir.

Nazirlər cinayətkarlığa qarşı mübarizədə dövlətlərarası proqramların reallaşdırılmasının gedişi, MDB üzvü olan ölkələrin DİN-lərinin əməkdaşlığının 2020-ci ilədək inkişaf konsepsiyası, yetkinlik yaşına çatmayanların daimi yaşadıqları ölkəyə qaytarılması və digər məsələləri müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR