«Nar Mobile» Novruz bayramında abunəçilərə bonus dəqiqələr hədiyyə edəcək

«Nar Mobile» Novruz bayramında abunəçilərə bonus dəqiqələr hədiyyə edəcək
# 17 fevral 2014 14:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Novruz bayramı günlərində abunəçilərinə bonus dəqiqələr hədiyyə edəcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile» abunəçilərinin fevral ayında şəbəkədaxili və şəbəkəxarici zənglər üçün sərf etdiyi vəsaitin 10%-i onların mart ayındakı şəbəkədaxili və şəbəkəxarici zənglər üçün nəzərdə tutulmuş balansına geri qaytarılacaq.

Martın 1-dən etibarən, abunəçilər əlavə edilmiş dəqiqələri öz balanslarında görə biləcəklər, lakin bonus dəqiqələrdən sadəcə martın 20-27-də istifadə etmək mümkün olacaq.

Bonus dəqiqələr hər bir abunəçinin fevral ayında sərf etdiyi danışıq dəqiqələri əsasında hesablanaraq bütün tarif istifadəçilərinə şamil ediləcək. Qeyd edək ki, öncədən ödənişli tarif planına qoşulmuş istifadəçilər bu kampaniyanın təmin etdiyi fürsətlərdən avtomatik istifadə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR