İmişlidə avtomobil kanala düşüb, ölən və xəsarət alan var - VİDEO

İmişlidə avtomobil kanala düşüb, ölən və xəsarət alan var - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2013 15:40 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə günorta saatlarında İmişli-Mirili avtomobil yolunun 7-ci kilometrliyində, Bəcirəvan kəndi ərazisində qeydə alınıb. İmişli istiqamətində hərəkətdə olan H 027-677 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil sərt döngədə idarəetməni itirib və qarşıdan gələn, Sadıq Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Mazda” markalı avtomobil yolun kənarındakı su kanalına yuvarlanıb. Nəticədə “Mazda” markalı avtomobildə olan 24 yaşlı Hacıyev Səbuhi Yusif oğlu hadisə yerində dünyasını dəyişib. Şəxsiyyəti dəqiqləşdirilməyən digər sərnişin isə ağır bədən xəsarəti alıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalarından birinə göndərilib. Qəza zamanı “Mercedes” markalı avtomobildə olan sərnişin Fəxrəddin Bədirov isə yüngül bədən xəsarəti alıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR