Bu il AMEA-da 19 beynəlxalq tədbir keçiriləcək

Bu il AMEA-da 19 beynəlxalq tədbir keçiriləcək
# 18 fevral 2014 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Milli Elmlər Akademiyasında 2014-cü ildə keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin planı təsdiq edilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2014-cü ildə AMEA-da 19 beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər haqqında ətraflı məlumatları tədbirin keçirilməsinə məsul təşkilatlardan və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR