Azərbaycan MTRŞ Rusiyanın dövlət kanalında yayımlanan “Svoya pravda” adlı filmə münasibət bildirib

Azərbaycan MTRŞ Rusiyanın dövlət kanalında yayımlanan “Svoya pravda” adlı filmə münasibət bildirib
# 25 mart 2014 10:38 (UTC +04:00)

MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında deyib ki, azərbaycanlılara qarşı bu münasibət Rusiyanın bir sıra qurumlarının yeritdiyi siyasətdən qaynaqlanır.

N. Məhərrəmli qeyd edib ki, buna qarşı Azərbaycan öz imkanları çərçivəsində adekvat addımlar atacaq: “Biz istəməzdik ki, Rusiya bu cür siyasət aparsın. Bu filmi çəkən və nümayiş etdirən insanlar başa düşməlidir ki, bu cür siyasət münasibətlərin pisləşməsinə doğru aparır”.

Qeyd edək ki, “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqəti”) filmi Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyindən bəhs edir. 3,5 saatlıq filmdə filmdə azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Filmdə azərbaycanlılar vəhşi və amansız kimi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR