Güclü külək Lerik və Yardımlıda fəsadlar törədib - VİDEO

Güclü külək Lerik və Yardımlıda fəsadlar törədib - <span style="color: red;">VİDEO
# 17 mart 2014 12:03 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Gecə saatlarından başlayaraq Lerik rayonunda güclü külək əsməyə başlayıb.

APA-nın cənub bürosunun xəbərinə görə, bu gün səhərə qədər davam edən külək rayonun ayrı-ayrı yaşayış məntəqələrində 80-dən artıq elektrik dirəyini aşırıb, transformatorları sıradan çıxarıb.

Hazırda rayonun 40 kəndinə elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Külək bir sıra yaşayış evlərinin damını uçurub. Dəymiş ziyanla bağlı rayon İcra Hakimiyyətinə məlumatlar daxil olmaqdadır. Hazırda yerli icra strukturları dəymiş ziyanın miqdarını hesablayırlar.

Analoji fakt Yardımlı rayonunda qeydə alınıb. Hazırda rayonun yarısı elektrik enerjisiz qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-ya verilən məlumata görə, Lerikdə küləyin sürəti saniyədə 28, Yardımlıda isə 27 metr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR