Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü akademiyanın dördüncü mərtəbəsindən atıb - YENİLƏNİB

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü akademiyanın dördüncü mərtəbəsindən atıb - <span style="color: red;">YENİLƏNİB
# 21 fevral 2014 12:34 (UTC +04:00)

Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını qeyd edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

saat 14.40

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında faciəli hadisə baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində qeydə alınıb.

Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev ehtiyatsızlıqdan binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR