Gəncədə 16 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 16 yaşlı oğlan bıçaqlanıb
# 29 dekabr 2013 08:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Göygöl rayon sakini Gəncədə bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən şəhərin Bayraq meydanında baş verib. Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü Eldəniz Quliyevlə tanımadığı şəxs arasında mübahisə yaranıb və həmin şəxs E. Quliyevi bıçaqlayıb. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 16 yaşlı oğlanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır, cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR