Qahirə yaxınlığında 3 polis əməkdaşı qətlə yetirilib

Qahirə yaxınlığında 3 polis əməkdaşı qətlə yetirilib
# 12 fevral 2014 03:36 (UTC +04:00)

Bakı-APA. Qahirə yaxınlığında törədilmiş silahlı hücum nəticəsində 3 polis əməkdaşı qətlə yetirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yerli KİV-lərin məlumatına əsasən, naməlum şəxslər yerli vaxtla saat 00.00 radələrində İsmailiyyə şəhəri yaxınlığında post-patrul xidmətinin avtomobilini avtomat silahdan atəşə tutublar. Nəticədə, maşında olan 3 polis əməkdaşı hadisə yerində həlak olub. Hücum edən şəxslərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR